Dövlət Turizm Agentliyi “Şəki səhəri, "Yuxarı Baş" Milli Tarix Memarlıq Qoruğunun ərazisində tikinti və yenidənqurma işləri (II mərhələ) - əlavə işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “İsmayıllı Tikinti-27” ASC olub.
Şirkətlə 1 309 805 manat məbləğində müqavilə imzalanıb.