Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elektron Su Təsərrüfatı İnformasiya Sisteminin (ESTİS) təkmilləşdirilməsi istiqamətində yeni modulların yaradılması, mütəmadi texniki xidmətin göstərilməsi və sistemin 1 il müddətinə müvafiq serverlərdə saxlanılması ilə bağlı elan etdiyi açıq tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 120 min manatlıq tenderin qalibi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Elektron Hökumətin İnkişafı Mərkəzi olub.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.