"Bakı Telefon Rabitəsi" MMC tenderinin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, tenderi "Azinvest İnşaat" QSC qazanıb.
"Bakı Telefon Rabitəsi" MMC GPON (Giqabit imkanlı passiv optik şəbəkə) Texnologiyasının tətbiqi ilə mənzillərin telefonlaşdırılması, LTE (Simsiz Telefon Rabitəsi) tətbiqi ilə baza stansiyalarının quraşdırılması və şəbəkənin genişləndirilməsi məqsədi ilə iş və xidmətlərin satın alınması üçün "Azinvest İnşaat" QSC ilə müqavilə bağlayıb.
Müqavilənin məbləği 11 milyon 747 min 402 manatdır.