2020-cil ilin ilk iş günündən indiyə qədər dəftərxana ləvazimatları üçün 14 tender müqaviləsi bağlanıb.
Eləcə də bax: Metropoliten əlamətdar günlər üçün 48,8 min manatlıq - GÜL ALIB
FED.az xəbər verir ki, yanvar ayından indiyə qədər keçirilən 14 tenderin ümumi məbləği 1 milyon 101,8 min manat olub. Dəftərxana ləvazimatları ilə bağlı böyük tenderləri Azərbaycan Dövlət İqtisad Universiteti, "Bakı Metropoliteni" QSC, Azərbaycan Dövlət Pedaqoji Universiteti keçirib. Hər üç qurumun tender müsabiqəsinin məbləği 150 min manatdan çoxdur.
Eləcə də bax: AzTV-nin yeni loqoları – 28 MİN MANATA BAŞA GƏLİB
Belə ki, Azərbaycan Dövlət İqtisad Universiteti "Stone Construction" QSC ilə 361,1 min manat, "Bakı Metropoliteni" QSC "Ofis Aləmi" MMC ilə 208,3 min manat, Azərbaycan Dövlət Pedaqoji Universiteti "Simplex" QSC ilə 159,9 min manat məbləğində müqavilə bağlayıb.
Dəftərxana ləvazimatları tender müsabiqələrindən ən çox qazanan şirkətlər "Stone Construction" QSC, "Ofis Aləmi" MMC, "Simplex" QSC-dir. "Stone Construction" QSC 1 tenderə 361,1 min manat, "Ofis Aləmi" MMC 2 tenderə 298.8 min manat, "SİMPLEX" QSC 2 tenderə 193.9 min manat qazanıb.
FED.az yanvar ayında keçirilmiş dəftərxana ləvazimatları tenderlərini keçirən dövlət qurumlarının, qalib şirkətlərin və tenderin məbləğinin siyahısını təqdim edir.
№ |
Satınalan dövlət qurumu |
Tenderin qalibi |
Tenderin adı |
Məbləğ |
1 |
Azərbaycan Dövlət İqtisad Universiteti |
"Stone Construction" QSC |
Dəftərxana, nəşriyyat, təsərrüfat malları və İKT avadanlıqlarının satınalınması |
361.120 |
2 |
"Bakı Metropoliteni" QSC |
"Ofis Aləmi" MMC |
“Dəftərxana və ofis ləvazimatlarının satınalınması” |
208.333 |
3 |
Azərbaycan Dövlət Pedaqoji Universiteti |
"Simplex" QSC |
Dəftərxana və təsərrüfat mallarının satınalınması |
159.958 |
4 |
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi |
"Ofis Aləmi" MMC |
Dəftərxana ləvazimatları və təsərrüfat malları |
90.451 |
5 |
Daxili Işlər Nazirliyinin Komendat Xidməti |
“VORMİNQ” MMC |
Dəftərxana və təsərrüfat malları |
89.594 |
6 |
"Analitik Ekspertiza Mərkəzi" MMC |
“Euro Brand “MMC |
Dəftərxana və təsərrüfat malları |
49.495 |
7 |
Maliyyə Monitorinqi Xidməti |
"Simplex" QSC |
Dəftərxana və təsərrüfat xərcləri üzrə malların satın alınması |
33.970 |
8 |
Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri Institutu |
"Bu bu" MMC |
İnstitutun 90 illik yubileyinin təşkili məqsədilə dəftərxana ləvazimatlarının satın alınması |
33.650 |
9 |
Dövlət Əmək Müfəttişliyi Xidməti |
"Lotus CO" MMC |
Dəftərxana malları və ləvazimatlarının satınalınması |
27.401 |
10 |
Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri Institutu |
"Office Store"MMC |
Dəftərxana ləvazimatı və təsərrüfat mallarının satınalınması |
14.986 |
11 |
Daxili İşlər Nazirliyinin Tibb İdarəsi |
“İnci Group of Companies” QSC |
Dəftərxana və təsərrüfat mallarının satınalınması |
10.070 |
12 |
Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri Institutu |
"Azola.Az"MMC |
institutun 90 illik yubileyinin keçirilməsi ilə bağlı dəftərxana ləvazimatlarının satın alınması |
9.200 |
13 |
Salyan Suvarma Sistemləri İdarəsi |
Baxışov Zahid Zabit oğlu |
Dəftərxana və təssərrüfat malları |
8.802 |
14 |
"1 saylı Bakı Dost Mərkəzi" |
"Kəmər-Qaya" MMC |
Dəftərxana və təsərrüfat mallarının satın alınması |
4.805 |