Həm də Ümumdünya Əqli Mülkiyyət Təşkilatı UNEC-in fəaliyyətində QS reytinqinin göstəricilərinə istinad edib.
FED.az xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov deyib.
O bildirib ki, sentyabr ayında açıqlanan “QS Avropa Universitetləri Reytinqləri 2024”də UNEC Azərbaycanda 1-ci, Avropada 349-cu, Qərbi Asiyada 14-cü yerə yüksəlib:
"Reytinq ümumilikdə 12 indikator əsasında müəyyən edilir. UNEC “Akademik reputasiya” indikatoru üzrə Avropada 198-ci oldu.
Bundan əlavə, UNEC 2023-cü ildə ilk dəfə olaraq, SCimago (SCimago Institutions Rankings) reytinqində də yer aldı və ölkə birincisi oldu. UNEC həmin reytinqdə dünyanın 8433 universiteti arasında “İqtisadiyyat, ekonometrika və maliyyə” sahəsi üzrə 691-ci, “Biznes, menecment və mühasibat” sahəsi üzrə 1256-cı yerdədir. Şərqi Avropada isə 803 universitet arasında UNEC “İqtisadiyyat, ekonometrika və maliyyə” sahəsi üzrə 33-cü, “Biznes, menecment və mühasibat” sahəsi üzrə 69-cü yerə yüksəldi.
UNEC dünyanın ən nüfüzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” “THE İmpact Ranking” reytinqində dünya universitetləri arasında “Layiqli əmək və iqtisadi artım”, “Keyfiyyətli təhsil”, “Sənaye, innovasiya və infrastruktur”, “Məqsəd üçün tərəfdaşlıq” kriteriyaları üzrə 619-cu, Azərbaycan üzrə isə birinci olmuşdur.
“UI Green Metric World University Rankings” reytinq siyahısına görə isə universitet 2019-cu ildə dünya üzrə 432-ci, Azərbaycan üzrə isə 1-ci “yaşıl” universitet kimi tanındı.
U-Multirank reytinq təşkilatı tərəfindən “A” (çox yaxşı) ilə qiymətləndirilən UNEC 2021-ci ilin reytinqində “iqtisadiyyat” ixtisası (sub¬ject ranking) üzrə xüsusi reytinqdə 209-cu ən yaxşı nəticəni əldə edərək, 250 ən yaxşı universitet sırasına daxil olmuşdur.
Dünya Universitetlərinin Webometrics Reytinqinin (Webometrics Ranking of World Universities) 2023-cü il nəticələrinə əsasən, UNEC dünya universitetlərinin ilk 10 faizliyində yer almış, ilk dəfə ölkə üzrə birinci yerə yüksəlmişdir. Təbii ki, bunlar bizim böyük uğurlarımızdır".