“MİDA” MMC (VÖEN: 1701953921) açıq müsabiqə elan edib.
FED.az xəbər verir ki, müsabiqə Abşeron rayonu, Saray qəsəbəsində 4,5 hektar torpaq sahəsində 2 mərtəbəli 80 yerlik uşaq bağçasının tikintisinə aiddir. Satınalmanın ehtimal olunan qiyməti 2 milyon 90 min 976 manat 28 qəpikdir.
Müsabiqə 29 sentyabr 2025-ci il tarixində dərc olunub. Təkliflərin son təqdim olunma tarixi 29 oktyabr 2025-ci il saat 15:00-dır. Zərflərin açılışı da həmin tarixdə saat 15:00-da keçiriləcək.
İştirak haqqı 1 min manat, istifadə haqqı isə 25 manatdır.
Əlaqələndirici şəxs: Vüqar Təyyar oğlu Əliyev – Sektor müdiri
Əlaqə: [email protected], +994 12 594 54 01 (239)
İddiaçılar təkliflərini 29 oktyabr 2025-ci il tarixinədək Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31 ünvanına təqdim edə bilərlər.