Texnologiyalarının sürətli gündəlik həyatımızda demək olar hər gün yeniliklər gətirir. Bu, təkcə bizim həyat tərzimizə yox, eyni zamanda peşə seçimlərimizə də təsir edir.
Rauf Məmmədov: “LearningHub” tədris kursu fəaliyyətini genişləndirməyi planlaşdırır” – MÜSAHİBƏ
Texnologiya sahəsində peşələrin sayı artdıqca, qısa müddətdə əldə edilən ixtisaslar da çoxalır. Tələbat o qədər böyükdür ki, artıq bəzi peşələrə bir neçə aylıq kurslar vasitəsilə də sahib olmaq mümkündür. Ölkə əhalisi, xüsusilə gənclər və onların valideynləri üçün mühüm olan mövzu ilə bağlı FED.az-ın suallarını «LearningHub» tədris mərkəzinin nümaynədəsi Rauf Məmmədov cavablandırıb:
- Rauf bəy, təmsil etdiyiniz kurs, daha çox proqramlaşdırma, veb-dizayna üstünlük verir, bunun səbəbi nədir?
- Əvvəla qeyd edim ki, bizim mərkəzdə dizayn və proqramlaşdırma təlimləri ilə yanaşı, korporativ və maliyyə təlimləri də təşkil edilir.
Amma haqlısınız, gənc nəslin nümayəndələri daha çox proqramlaşdırma təlimlərinə maraq göstərirlər. Ola bilər ona görə ki, bu peşəni gələcək üçün daha perspektivli sayır və bununla da özlərinə yatırım edirlər. Ona görə də bizim mərkəzdə müraciətlərin əksəriyyəti sırf proqramlaşdırma barədədir.
Bildiyiniz kimi ölkəmizdə dizayn və proqramlaşdırma təlimləri çoxdur, amma bizim kursumuz tələbələrə daha sürətli proqramlarımızla maksimum nəticə almalarında köməklik edir.
Bundan başqa, dediyim kimi, bizlə korporativ təlimlər də olur. Burada əsasən bank olmaqla, həm də digər qurumların əməkdaşlarına müxtəlif sahələr üzrə korporativ təlimlər keçilir.
- Hazırladığınız mütəxəssislər xarici ölkələrdə də distant işləyə bilərlərmi? Yəni onların kursdan aldığı biliklər buna imkan verirmi?
-Təbii ki, işləyə bilər. Hətta bir çox istedadlı və savadlı mütəxəssislər hazırda daha rahat və komfortlu olduğu üçün bu cür, yəni məsafədən işləməyə üstünlük verirlər.
Oxucularınıza daha aydın olması üçün kursumuzda tələbələrin əldə edə biləcəyi bəzi əsas peşələri sadalamaq istəyirəm. Məsələn, veb- proqramlaşdırma sahəsində «front end» bitirənlər bu ixtisas sahib ola bilərlər. Doğrudar hazırda Azərbaycanda belə peşə sahibləri çox olsa da, yaxşı deyə biləcəklərimiz çox deyil. Yəni
bu peşə üzrə bilik əldə edən şəxslər gələcəkdə banklarda və ya hər hansı özəl şirkətlərdə rahatlıqla bu sahə üzrə işləyə biləcəklər.
- Aha bu maraqlıdır, başqa hansı ixtisası misal çəkə bilərsiniz?
- «Bacl-end» və ya dizayn kursunu bitirənlər də eyni qaydada rahatlıqla iş tapıb işləyə bilərlər. «Remote», yəni məsafədən işləməyə gəlincə, bu tamamilə mümkündür. Hətta bu peşə sahibləri üçün adi haldır. Bu sahədə çalışanlar gündəlik işləri ilə yanaşı, xaricilərlə, xarici şirkətlərlə də işləyə bilərlər, proqramlaşdırmanın gözəlliyi də bundadır. Yəni elə insanlar var uki, səhər 9-dan axşam 6-yadək işləmək istəmir, daha sərbəst qrafiklə işləməyə üstünlük verirlər. Buna görə də məsafəldən iş götürənlər çoxdur.
- Rauf bəy, sizin kurslarda hazırlanan mütəxəssislər üzrə ölkədə təqribən orta aylıq əmək haqqı nə qədərdir?
- Veb Proqramlaşdırma sahəsində bu rəqəm şirkətlərdən asılı olaraq dəyişir. Lakin ortalama götürsək, «Junior Front-end»çi ayda təqribən 700-800 AZN maaş alır. Özü də, diqqət edin, söhbət yalnız «Junior Front-end»çiden gedir. Tələbələrimiz təlimlərimizdən aldığı biliklə rahat şəkildə «remote» işlər götürüb, məsafədən çalışa bilər.
Başqa bir misal çəkim - tələbə «junior back end» sahəsində kursu bitirdikdən sonra hardasa bazarda ortalama 1000 manatdan başlayaraq özünə iş tapa bilər. Özü də bu sırf «junior» səviyyəsinə aiddir. yəni ilkin mərhələdir.
- Bakıda sizin mərkəzin neçə filialı var və gələcəkdə genişləndirmək niyyətiniz varmı?
- Hazırda 1 filialımız var, Koroğlu Rəhimov 57 A ünvanında (Gənclik m.s., İdman Institunun arxasında) yerləşir. Tezliklə Bakı şəhərində növbəti filialımızın açılması planlaşdırılır.