Bəzi özəl bağçalar uşaqların qəbulu üçün edilən ödənişi artırıb.
Nazirliyin qrant ayırdığı bağçalar qiymətləri artırdı - AYLIQ 550 MANAT - SİYAHI
FED.az xəbər verir ki, sakinlər özəl bağçalara tələbatın çox olması ilə yanaşı, qiymətinin də baha olduğunu bildirirlər.
Ekspertlər isə deyirllər ki, qiymət artımı qrant layihəsində seçilmiş bağçalarda daha çox öz əksini tapır.
Elm və Təhsil Nazirliyi seçilmiş bağçalara 1 uşaq üçün 250 manat məbləğində pul ödəyir.
Mövzu ilə bağlı danışan ekspert Kamran Əsədov süni qiymət artımı edən bağçaların ciddi qanun pozuntusuna yol verdiklərini qeyd edib.
Ekspertlər onu da qeyd etdilər ki, qrant laihəsində seçilmiş bağçaların maksimum qiyməti 500 manat məbləğindədir.










