Azərbaycanda hazırda 50 kq-lıq unun son topdansatış qiymətləri 26-28,20 manat arasında dəyişir.
Marketlərdə ət və ət məhsulları neçəyədir? – MARKETLƏR, QİYMƏTLƏR, SİYAHI (Dekabr, 2024)
Market şəbəkələrində ərzaq və gündəlik tələbat mallarının - MÜQAYİSƏLİ QİYMƏTLƏR – SİYAHI, MƏBLƏĞLƏR (Dekabr,2024)
FED.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, dekabrın 26-dan etibarən ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü Dəvəçi-Taxıl" MMC (26 manat), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 20 qəpik).
Beləliklə, qiymətlər ayın əvvəli ilə eyni səviyyədə qalıb.
Dekabrın 26-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:
“ATS MİLL" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,10 manat;
"Anadoluqida" və "AVETA" və "KARAT HOLDİNQ" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,15 manat;
"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28.20 manat;
"Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Karmen", "Orxan UN", "Xırman", “SKY AGRO” MMC-lər, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,05 manat;
"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,60 manat;
"Dəvəçi-Taxıl" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26 manat;
"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,35 manat;
“Hazartürk LTD", "Sünbül 2012”, “Taxıl AQRO" və “Avrora" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;
"NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,60 manat;
"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,70 manat;
"Qarabağ un" MMC- yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,80 manat.