Azərbaycanın aparıcı pərakəndə satış brendlərindən biri olan “Araz” Supermarketlər Şəbəkəsi fəaliyyət sahəsini genişləndirir.
OBA “Qonşum Qazansın” lotereyasında 2 gəncə ev hədiyyə etdi – VİDEO
FED.az xəbər verir ki, may ayının son günlərində üç yeni filialın istifadəyə verilməsi ilə şəbəkənin filial sayı daha da artır.
Qedy edək ki, 29 may tarixində “Araz” Xırdalan Supermarket filialı müştərilərin ixtiyarına veriləcək. Filial Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 518 ünvanında yerləşir.
30 may tarixində isə “Araz” Xətai Supermarket filialı fəaliyyətə başlayacaq. Yeni filial Xətai rayonu, General Əliağa Şıxlinski küçəsi, məhəllə 2942D, ev 51C ünvanında müştərilərə xidmət göstərəcək.
Bundan bir gün sonra, 31 may tarixindən etibarən “Araz” Saray Superstore filialı da fəaliyyətə başlayır. Bu filial isə Abşeron rayonu, Saray qəsəbəsi, Saray–Novxanı şosesində yerləşir.
Hər üç filialın açılışı münasibətilə seçilmiş məhsullara xüsusi endirimlər ediləcək. Şirkət bu kampaniyalarla həm yeni müştərilər qazanmağı, həm də mövcud müştərilərə əlavə dəyər təqdim etməyi hədəfləyir.
“Araz” Supermarketlər Şəbəkəsinin filial sayını artırması, ölkə üzrə əlçatanlığı gücləndirir. Xatırladaq ki, şəbəkə 400-dən artıq filial ilə xidmət göstərir .