2024-cü ilin yanvar-may aylarında Azərbaycan xaricdən 18 milyon 203 min dollar dəyərində 57 min 614 ton qarğıdalı idxal edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Qarğıdalı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon 662 min dollar və ya 17,1%, miqdar ifadəsilə 10 min 782 ton və ya 23% artıb.
2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 15 milyon 542 min dollar dəyərində 46 min 832 ton qarğıdalı idxal olunmuşdu.
1 kq qarğıdalının orta idxal qiyməti 2024-cü ilin beş ayında 0,53 manata başa gəlib ki, bu da illik müqayisədə 0,03 manat (4,8%) ucuzlaşma deməkdir.
Ötən ilin eyni dövründə qarğıdalının orta idxal qiyməti 0,56 manata başa gəlib.