Bu ilin yanvar-avqust aylarında Azərbaycan xaricdən 2 milyon 10 min dollar dəyərində 2 min 773 ton kivi idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxal göstəriciləri məbləğ ifadəsində 62,8 min dollar, yəni 3%, miqdar ifadəsi ilə təqribən 126 ton (4,3%) azdır.
Ötən ilin eyni dövründə ölkəyə 2 milyon 73 min dollarlıq 2 min 899 ton kivi gətirilib.
Bu da o deməkdir ki, 1 kq kivinin orta idxal qiyməti bu ilin ilk 8 ayına görə 1,23 manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 1,21 manat olub.