2025-ci ilin yanvar-mart aylarında Azərbaycana 287 995 ton buğda idxal edilib.
Azərbaycanın xaricdən aldığı elektromobillər - 6 MİN DOLLAR UCUZLAŞIB
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 76 029 ton və ya 35,9 faiz çoxdur. Buğda idxalının dəyəri 62 245 min dollar (yəni 62,2 milyon dollar) təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14 171 min dollar və ya 29,5 faiz artım deməkdir.
Miqdar və dəyər artımına baxmayaraq, idxal olunan buğdanın 1 kiloqram üzrə orta idxal dəyəri manatla ifadədə azalıb. Əgər 2024-cü ilin ilk üç ayında 1 kiloqram buğdanın orta idxal dəyəri 39 qəpik olubsa, 2025-ci ildə bu göstərici 37 qəpik təşkil edib. Beləliklə, qiymət 2 qəpik və ya 4,7 faiz ucuzlaşıb.