2023-cü ildə Veysəloğlu Şirkətlər Qrupu yerli istehsalçılardan 1.45 milyard AZN dəyərində alış həyata keçirib.
FED.az xəbər verir ki, bBu məbləğin 57 milyon manatını fermerlərdən birbaşa alış təşkil edir. Ötən il Şirkətlər Qrupu 113 fermerdən 53 min ton kənd təsərrüfatı məhsulu satın alıb.
Bundan başqa, qrupa daxil olan “Araz” supermarketlər və “Oba” marketlər şəbəkələri və “Veysəloğlu Distribusiya” şirkəti yerli istehsalçılara 72 şəxsi marka adı altında məhsul istehsal etdirərək, 160 milyon manatlıq satınalma həyata keçirib. Bununla da yerli istehsalçıların inkişafını dəstəkləməyi hədəfləyir.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu “Araz” supermarketlər və “Oba” marketlər şəbəkələrini, “Veysəloğlu Distribusiya”, “Vesta-Horeka” distribusiya şirkətlərini, “Ulduz” şokolad fabrikini, “Xonça” istehsal fabrikini, “Entree Azərbaycan” və “Rossmann Azərbaycan”ı özündə birləşdirir.