Türkiyənin Ticarət Nazirliyi limon ixracının dayandırılması barədə qərarını bir gün sonra ləğv edib.
Türkiyə limon ixracını dayandırdı
FED.az xəbər verir ki, Ticarət naziri Ömər Bolat sosial media hesabından verdiyi açıqlamada, limon istehsal edən vilayətlərin nümayəndələri, kənd təsərrüfatı və ticarət nazirliklərinin rəsmiləri ilə məsələnin yenidən müzakirə edildiyini, dünən qəbul edilən limon ixracının dayandırılması barədə qərarın ləğv edildiyini bildirib.
Əlverişsiz hava şəraiti və bunun nəticəsində yaranan tədarük çatışmazlığının ölkə daxilində qiymət artımına səbəb olmasının qarşısını almaq üçün Türkiyənin Ticarət Nazirliyi dünən limon ixracının dayandırılmasına qərar verib və qərar bu gündən qüvvəyə minib. (Marja)