Azərbaycanın "İstisu" mineral içkisinin Belarusa ixracına başlanılıb.
“İstisu” mineral su zavodunun məhsulları xarici bazarlara çıxarılacaq
FED.az xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Azərbaycan-Belarus biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, tərəflər ixracın həyata keçirilməsi üçün bütün zəruri mərhələləri uğurla reallaşdırıblar.
"Biz "İstisu" mineral içkisini Belarus bazarına çıxarırıq. Müqavilə imzalanıb, Avrasiya İqtisadi İttifaqı çərçivəsində laboratoriya sınaqları və qeydiyyat başa çatıb. Artıq məhsulun ilk partiyasını ixrac etmişik", - T.Hacılı qeyd edib. (Report)