"Araz" supermarketlər şəbəkəsi filiallarının sayını artıraraq müştərilərinə daha yaxın olmağa davam edir.
Bazarstore Ağdaşda yeni mağazasını açır - ÜNVAN
FED.az xəbər verir ki, fevralın 21-dən etibarən “Araz” Güzdək supermarket filialı fəaliyyətə başlayacaq. Şəbəkənin yeni marketi Abşeron rayonu, Güzdək qəsəbəsi, Aşağı Güzdək yolu ünvanında yerləşir.
Açılış münasibətilə müştərilər üçün xüsusi endirimlər təklif olunacaq. Yeni filialın geniş çeşidli məhsulları və sərfəli qiymətləri ilə yerli sakinlər üçün rahat alış-veriş imkanı yaradacağı bildirilir.
Qeyd edək ki, "Araz" supermarketlər şəbəkəsi ölkənin müxtəlif ərazilərində 400-dən artıq filialla müştərilərə xidmət göstərir.