“Novruz” bayramı Şuşa şəhərində özmöhtəşəmliyi ilə davam edir
FED.az xəbər verir ki, 18-24 mart tarixlərində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə davam edən “Şuşa baharı” adlı bayram tədbirlərində “Güllü bağ” ərazisində “Novruz”u tərənnüm edən yarmarka təşkil edilib.Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə təşkil olunan bayram tədbirində "OBA" marketlər şəbəkəsinin də köşkü fəaliyyət göstərir.
19 mart tarixində davam edən bayram şənliyində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov iştirak edib.
Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının təqdim etdiyi ədəbi-bədii kompozisiya, Şuşanın tarixi şəxsiyyətlərinin: - Pənahəlixanın, Gövhərağanın, Xanqızı Natəvanın, M.P. Vaqifin və digərlərinin obrazları, Şuşanın istedadlı yeniyetmə və gənclərinin ifaları sakinlər tərəfindən maraqla qarşılanıb.
Günboyu səslənən musiqi proqramı tədbirə öz rəngarəngliyini qatıb.
Şuşadakı Novruz yarmarkasında "OBA" köşkü də fəaliyyət göstərir - Fotolar

17:51
21 Mart 2025