Bu ilin yanvar ayında Azərbaycana 3,4 milyon dollar dəyərində 2 min 145 ton süd və qaymaq idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, süd və qaymaq idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1,6 milyon dollar və ya 87,7%, miqdar ifadəsilə isə 700 ton, başqa sözlə 48,4% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkəyə 1,8 milyon dollar dəyərində 1 min 445 ton süd və qaymaq idxal edilmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə idxal olunan süd və qaymağın 1 kiloqramının orta idxal qiyməti 1,59 dollar (təxminən 2 manat 70 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 1,26 dollar (təxminən 2 manat 14 qəpik) idi. Bu da illik müqayisədə 0,33 dollar (56 qəpik) və ya 26,2% bahalaşma deməkdir.
Bu il yanvar ayında ümumi idxalın 0,26%-i süd və qaymağın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,09% idi.











