Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1-ci maddəsinə müvafiq olaraq 18 avqust 2025-ci il saat 15.00-da Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 60 nömrəli ünvanda “Səba” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
“Səba” külli miqdarda borca düşdü - RƏHBƏRİ DƏYİŞDİ
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Səba” ASC-nin direktorlar şurasının 2023-2025-ci illər ərzindəki fəaliyyətinə dair hesabatı və onun tərəfindən qəbul edilmiş qərarların müzakirəsi.
2. “Səba” ASC-nin tək təsisçiliyi ilə təsis edilmiş “Qarabağ Taxıl Aqro” MMC-nin (dövlət qeydiyyat № (VÖEN): 5001333151; dövlət qeydiyyatına alındığı tarix: 10.07.2025) nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılması barədə.
3. “Səba” ASC-də dividendlərin elan edilməsi haqqında.
Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın gündəliyinin layihəsinə aid təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil olan bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 60 nömrəli ünvanda yerləşən cəmiyyətin ofisində tanış olmaq hüququna malikdirlər.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiqləyən sənəd və nümayəndənin səlahiyyətləri barədə etibarnamə təqdim etməlidirlər.