“Qurbağa əti kimi qidaların menyulara daxil edilməsinin 3 əsas əlaməti var - iqlim şərtləri, iqlimdən doğan etnoqrafik vərdişlər və qida ənənələri”.
AQTA qurbağa əti ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin Qastro Turizm bölümünün rəhbəri Səkinə Əsgərova deyib.
Səkinə Əsgərova son zamanlarda ölkədəki restoranlarda qurbağa ətinin verilməsini şərh edərkən bildirib ki, bu kimi qidaların restoranlarda təklif edilməsi texnologiya ilə bağlıdır: “Ənənəvi qastronomika artıq dəyişib. Bu da aşpazların trendləridir. Qurbağa əti bir çox ölkələrin milli mətbəxidir. Lakin burada iqlim əsas şərtdir. Eyni zamanda genetik uyğunluq və davamlılıq da önəmlidir.Tələbata uyğun olaraq restoranlar məmnunluğu təmin edir”.