Marketdən toyuq əti alarkən mənə verilən nəzarət-kassa aparatının çekində ƏDV məbləğinin qarşısında sıfır (0) qeyd olunub. Bildiyimə görə, toyuq ətinin satışı 2024-cü il yanvarın 1-nə qədər ƏDV-dən azad idi. Vergi Məcəlləsində bununla bağlı dəyişiklik olubmu? Marketin mənə verdiyi çekdə verginin dərəcəsi düzgün göstərilibmi?
Azərbaycanda toyuq əti bahalaşdı – QİYMƏT ARTIMININ SƏBƏBİ BARƏDƏ AÇIQLAMA
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsində edilmiş və 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliyə əsasən, heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilib. Belə ki, quş ətinin satışı üzrə ƏDV-dən azadedilmə müddəti 2024-cü il yanvarın 1-dən daha 3 il müddətinə artırılıb.
Əsas: Vergi Məcəlləsinin 164.1.37-ci maddəsi