Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan yoxlamalar nəticəsində “Rahat Market” supermarketlər şəbəkəsi barəsində üç ayrı inzibati xəta protokolu tərtib edilib.
Qiymət oyunu “Grand-Mart” marketə baha başa gəldi - PROTOKOL YAZILDI
FED.az xəbər verir ki, "Rahat Market" 03 mart, 22 aprel və 21 may 2025-ci il tarixlərində eyni hüquq pozuntusuna görə məsuliyyətə cəlb olunub.
Araşdırmalara görə, şirkətə məxsus satış məntəqələrində qida məhsullarının üzərində göstərilən qiymətlə, kassada tətbiq olunan satış qiyməti arasında fərq olub. Etiketdə göstərilən qiymətdən baha satılan məhsullar istehlakçının hüquqlarını pozub və alıcılar az miqdarda aldadılıb.
Bu hallar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi ilə ziddiyyət təşkil edir. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən market barəsində üç dəfə inzibati protokol tərtib olunub.