Ölkənin aparıcı supermarket şəbəbəsi olan "Bravo Supermarket" "1 İyun – Uşaqlar Günü" münasibətilə eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün tədbir təşkil olunub.
Bravo Supermarket 2024-cü ildə ən çox vergi ödəyən şirkətlərdən biri oldu!
FED.AZ xəbər verir ki, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi və BRAVO marketlər şəbəkəsinin birgə təşəbbüsü ilə keçirilən “Səssizliyin səsi olaq!” adlı layihə uşaqlara unudulmaz bir gün yaşatdı.
Belə ki, 1 İyun – Uşaqlar Günü eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün tam fərqli, sevinc dolu bir tantənəyə çevrildi. “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi və BRAVO marketlər şəbəkəsinin dəstəyi ilə həyata keçirilən “Səssizliyin səsi olaq!” adlı tədbir, “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümid ağacı” loqopedik mərkəzin həssas sosial qrupundan olan uşaqlarına unudulmaz günlərindən birini bəxş etdi.
Tədbirin ən yadda qalan hissəsi isə Azərbaycanın ən böyük əyləncə şəbəkəsi Play10 –na məxsus olan Kinderland-da baş tutdu. Uşaqlar burada doya-doya əyləndi, oyun oynadı və özlərini cəmiyyətin ayrılmaz bir parçası kimi hiss etdilər.
Uşaqların şənliyi Papa John’s rəhbərliyinin təşəbbüsü ilə təşkil olunan ləzzətli naharla davam etdi. Gözəl sürprizlərdən biri də Milla şirkətinin təqdim etdiyi hədiyyələr oldu – bu hədiyyələr uşaqların sevincini ikiqat artırdı.
Tədbirin məqsədi yalnız əyləncə ilə məhdudlaşmadı. Burada iştirak edən uşaqlar öz hüquqları, cəmiyyətə inteqrasiya yolları və şəxsi bacarıqları haqqında maarifləndirildi. Onlar həm oynadı, həm öyrəndi – bu, onların gələcəyə daha güvənli və inamla addımlamalarına zəmin yaratdı.
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi, BRAVO marketlər şəbəkəsi olaraq inanırıq ki, hər bir uşaq, səsi eşidilsin deyə yox, duyulsun deyə var. Bu yolda atdığımız hər bir addım, cəmiyyətimizdə inklüzivliyin, bərabərliyin və sevgiyə əsaslanan birlik ruhunun möhkəmlənməsinə xidmət edir.
Əlavə olaraq qeyd edək ki, BRAVO marketlər şəbəkəsi mütəmadi olaraq belə Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirilməsinin və tərəfdaşlarının bu tədbirlərdə iştirakına maraqlıdır.