Azərbaycanın aparıcı supermarketlər şəbəkələrindən olan "Bravo", ölkədəki futbolsevərləri böyük idman bayramı ətrafında birləşdirməyə davam edir.
FED.az xəbər verir ki, BRAVO müştəriləri və futbol sevərlər üçün Dünya Çempionatının həlledici oyunlarını, yarımfinal və final oyunlarını açıq havada izləmək istəyənlər üçün xüsusi zona təşkil edib.
Azarkeşlər bu unudulmaz anları Koroğlu metrostansiyasının yaxınlığında yerləşən "BRAVO" Hipermarketin teras sahəsində quraşdırılmış nəhəng monitor qarşısında izləyə biləcəklər.
Futbol coşqusunu daha da rəngarəng etmək məqsədilə, məkana təşrif buyuran qonaqlara "Bravo" brendinin xüsusi məhsulları tam ödənişsiz olaraq təqdim ediləcək.
"Bravo" supermarketlər şəbəkəsi hər bir futbolsevəri bu möhtəşəm idman hadisəsini birlikdə izləməyə, yarımfinal və final həyəcanını eyni məkanda paylaşmağa dəvət edir.






!["Bravo" Dünya Çempionatının Yarımfinal və Final Həyəcanını açıq havada, canlı Yayımda Futbolsevərlərə -[red] TƏQDİM EDİR![/red] | FED.az](upload/news/small/1841200.jpeg)
!["Bravo" Dünya Çempionatının Yarımfinal və Final Həyəcanını açıq havada, canlı Yayımda Futbolsevərlərə -[red] TƏQDİM EDİR![/red] | FED.az](upload/news/small/2153581.jpeg)









