Sosial şəbəkələrdə “Bolmart” supermarketlər şəbəkəsinin tamamilə bağlandığı barədə məlumatlar yayılıb. Yayılan məlumatlarda şəbəkədə əməliyyat aparıldığı va sair bildirilir. Bununla yanaşı, "Bolmart"ın özündə bu məlumatı təkzib ediblər.
“Qazanmağın formulu” lotoreyasının qalibi - BƏLLİ OLDU
"Bolmart"dan FED.az-a verilən məlumata görə, şəbəkənin yalnız bir mağazası bağlanıb. Sözü gedən filial Təzə Bazar filialıdır və Səməd Vurğun 60 ünvanında yerləşir.
Şəbəkənin rəhbərliyi tərəfindən verilən açıqlamada qeyd olunur ki, şəbəkənin 57 filialı var və digər satış nöqtələri normal fəaliyyət göstərir











