Azərbaycana xaricdən gətirilən növbəti qida partiyasında problem aşkar edilib.
“Katora 44” şirkətinin idxal etdiyi 56 ton pomidorda virus çıxdı - MƏHV EDİLDİ
FED.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində ölkəyə gətirilən banan və ərik çəyirdəyi məhsullarında pozuntular aşkar edilib.
Belə ki, nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən "Aferol Qida" MMC-nin Ekvadordan idxal etdiyi 24 ton banan məhsuluna keçirilən baxış zamanı aşkar korlanma (çürümə) halı aşkarlanıb. Bu məhsul partiyası bütünlüklə məhv edilib.
Eyni zamanda aparılan nəzarət tədbirləri çərçivəsində "Yedcon 2024" MMC-nin İrandan idxal etdiyi “Bazargani Mobin Artın Nikan” şirkətinin istehsalı olan 320 kq ərik dənəsindən götürülmüş nümunələrin müayinəsi nəticəsində isə “Aflatoksin B1”in miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı istehlaka yararsız məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilərək, məhsul partiyaları məhv edilib.