"Araz" supermarketlər şəbəkəsi filiallarını genişləndirməyə davam edir.
" Araz" supermarketlər şəbəkəsi Xocavənddə və Bakıda yeni filiallar açır - EYNİ GÜNDƏ
FED.az xəbər verir ki, supermarketlər şəbəkəsi Ağdam, Zaqatala və Sumqayıtda yeni mağazalarını müştərilərin xidmətinə təqdim edib. Açılış mərasimindən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Yeni filiallar Ağdam rayonunun Quzanlı qəsəbəsində, Zaqatala şəhərinin Heydər Əliyev prospekti 67 A ünvanında və Sumqayıt şəhərinin Dənizkənarı Bulvar ərazisində yerləşir.
Qeyd edək ki, "Araz" supermarketlər şəbəkəsi 400-dən artıq filial şəbəkəsi ilə müştərilərinə geniş çeşiddə məhsullar təqdim edir.