Ucuzu 50 - 70 qəpik, bahası 1 manat-1 manat 70 qəpik... Məhsul bol, qiymət ucuz...
FED.az xəbər verir ki, bazarlarda piştaxtaları növbənöv pomidorlar bəzəyir. Satıcıların sözünə görə, hazırda qiymətlər əvvəlki illərdəkindən 2-3 dəfə aşağıdır.
Onlar bildirir ki, məhsulun ucuz olmasının bir neçə səbəbi var. Lakin bu vəziyyət yaya doğru dəyişə bilər.
Məhsulun bol olması qiymətləri endirsə də, satıcılar alıcı qıtlığından gileylənirlər.
Qiymətlərin aşağı olmasına ən çox sevinən isə təbii ki, alıcılardır. (Xezerxeber.az)