“Araz” supermarketlər şəbəkəsinin təşkil etdiyi “Qazanmağın formulu” adlı stimullaşdırıcı lotereyanın qalibi bəlli oldu.
FED.az xəbər verir ki, sentyabr ayında keçirilən xüsusi lotereya çərçivəsində “Araz” mobil tətbiqi və ya müştəri kartı vasitəsilə hər 30 manatlıq alış-veriş edən müştərilər “BYD Seal” avtomobili qazanmaq şansı əldə edirdi. Lotereya 1 sentyabr 2025-ci il tarixində başlayıb və 30 sentyabr 2025-ci il tarixinə qədər davam edib.
İştirak üçün müştərilər “Araz” mobil tətbiqi və ya müştəri kartı ilə 30 manat və ya daha çox məbləğdə alış-veriş edib, kassa qəbzində təqdim olunan QR kodu skan edərək iştiraklarını təsdiqləyirdilər. Hər 30 manatlıq alış-veriş bir iştirak şansı hesab olunurdu və lotereya müddətində edilən alış-verişlərin sayı qədər iştirak şansı qazanmaq mümkün idi.
20 oktyabr 2025-ci il saat 13:00-da sosial media üzərindən keçirilən canlı yayım (Facebook, Instagram, Tiktok, Youtube) zamanı qalib seçildi. Prosesi 5 nəfərdən ibarət münsiflər heyəti müşaiyət etdi. Qalib Sabir Sabirli “BYD Seal” avtomobilinin sahibi oldu. Seçim prosesi şəffaf şəkildə random.org rəqəmsal platforması vasitəsilə həyata keçirildi.













