Bu ilin ilk 11 ayında Azərbaycandan 175,4 milyon dollar həcmində 158,3 min ton tomat (pomidor) ixrac edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, tomat ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 20,1 milyon dollar və ya 12,9%, miqdar ifadəsilə isə 28,5 min ton, başqa sözlə 21,9% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 155,4 milyon dollar dəyərində 129,8 min ton tomat ixrac olunmuşdu.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi tomatın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 88 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 2 manat 3 qəpik idi. Bu da illik müqayisədə 15 qəpik və ya 7,4% ucuzlaşma deməkdir.
Bu il 11 ayında ümumi ixracın 0,75%-i, qeyri-neft sektoru üzrə ixracın isə 5,29%-i tomatın payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,64% və 5,03% olmuşdu.











