Bəzi məhsulların qiyməti artıb, bəzilərininki isə azalıb. Bununla yanaşı paytaxt bazarlarında durğunluq yaşanır.
FED.az xəbər verir ki, satıcılar deyirlər ki, hazırda rayonlardan gətirilən bəzi meyvələrin qiyməti nisbətən ucuzlaşıb. Tərəvəzlərin isə qiymətində hər hansı dəyişiklik yoxdur.
Müşahidələrimizə əsasən, hazırda paytaxt bazarlarında pomidor 1 manat 50 qəpikdən 4 manatadək, xiyar 1 manat 30 qəpikdən 3 manatadək, soğan 70 qəpikdən 1 manatadək, kənd yumurtası 20-40 qəpik arasında, pendir isə 7-12 manat arasında alıcılara təklif olunur.
Ekspertlər isə bildirirlər ki, hazırda əsasən payız və qış aylarında yığımı olan məhsulların bolluğu müşahidə olunur. Bu meyvə-tərəvəzlər xüsusi anbarlarda saxlanılaraq indi satışa çıxarılır. Ayın sonuna doğru qiymətlərin necə olacağı isə yenə də məhsulun həcminə və bazardakı tələbin vəziyyətinə görə dəyişə bilər.