Bu ilin ilk 8 ayında Azərbaycandan 126,3 milyon dollar həcmində 87 min 912 ton pambıq lifi ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 13,1 milyon dollar və ya 9,4%, miqdar ifadəsilə isə 3 min 661 ton, başqa sözlə 4% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 139,4 milyon dollar dəyərində 91 min 573 ton pambıq lifi ixrac olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi pambıq lifinin 1 kiloqramının orta ixrac qiyməti 2 manat 44 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 2 manat 59 qəpik idi. Bu da illik müqayisə ilə 15 qəpik və ya 5,8% ucuzlaşma deməkdir.
Bu il 8 ayında ümumi ixracın 0,74%-ü, qeyri-neft sektoru üzrə ixracın isə 5,27%-i pambıq lifinin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,76% olub.