2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 5 milyon 998 min dollar dəyərində 679 ton çay ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 92 min 150 dollar və ya 1,6% artıb, miqdar ifadəsilə isə 29 ton, başqa sözlə 4,5% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycandan 5 milyon 906 min dollar dəyərində 650 ton çay ixrac olunmuşdu.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 15 manat 2 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 15 manat 45 qəpik idi. Bu da illik müqayisə ilə 43 qəpik və ya 2,8% azalma deməkdir.
Bu il ümumi ixracının 0,02%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,19%-i çayın payına düşüb.
Komitənin məlumatına görə 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 76 milyon 487 min dollar dəyərində 14 min 388 ton çay idxal edilib.
Çay idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5 milyon 931 min dollar və ya 8,4%, miqdar ifadəsilə isə 712 ton, başqa sözlə 5,2% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycandan 5 milyon 906 min dollar dəyərində 650 ton çay ixrac olunmuşdu.
Beləliklə, həcm ifadəsində çay idxal ixracı 19,3 dəfə üstələmiş olub.
Qeyd edək ki, ötənilin yanvar-noyabr aylarında Azərbaycanın idxal etdiyi çayın 1 kiloqramının idxal qiyməti 9 manat 3 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 8 manat 77 qəpik idi. Bu da illik müqayisə ilə 27 qəpik və ya 3% artım deməkdir deməkdir.
Bu il ümumi idxalın 0,36%-i çayın payına düşüb.
Qeyd edək ki, ötən il ərzində ölkə ərazisində çay istehsalı 2023-cü illə müqayisədə 832 ton və ya 7.2% artaraq 12 min 424.2 ton təşkil edib. Ehtiyatdakı çayın miqdraı isə 2,3 ton (2,5%) azalaraq 90,2 ton- düşüb.