Bu ilin birinci yarısında Azərbaycandan xaricə 163,8 milyon dollarlıq pomidor satılıb.
Ermənistan tomat idxalını dayandırıb, məhdudiyyət Aİİ ölkələrinə də şamil ediləcək
FED.az biznes və maliyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın iyul sayında bildirilir.
Məlumata görə, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 milyon dollar və ya 10% artıb Xatırladaq ki, 2025-ci ilin birinci yarısında pomidor ixracı ölkəyə 149 milyon dollar valyuta gətirmişdi.
Yalnız iyun ayında isə Azərbaycan pomidor ixracından 44 milyon dollar qazanıb. Bu da, ötən ilin iyun ayındakı 35,2 milyon dollardan 8,8 milyon dollar və ya 25% daha çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,9 milyard ABŞ dolları təşkil edib.















