Azərbaycanda ticarət şəbəkəkələrində malların qüsurlu məhsulların satışı və alıcaların hüqularının pozulması halları davam edir.
Daha bir şirkət "Optimal Elektronika"nı - MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
FED.az SUPERMARKET xəbər verir ki, növbəti belə hal ölkənin tanınmış elektronika məhsulları satıcısı «Optimal Elektronika» şəbəkəsində baş verib.
Duru yağların ən baha və ən ucuz satıldığı – MARKET ŞƏBƏKƏLƏRİ – SİYAHI, QİYMƏTLƏR
Kərə yağlarının ən baha və ən ucuz satıldığı – MARKET ŞƏBƏKƏLƏRİ – SİYAHI, QİYMƏTLƏR
Azərbaycanda pivə bahalaşır – YENİ QİYMƏTLƏR AÇIQLANDI, MƏBLƏĞLƏR
Bəzi marketlər ətin kiloqramını 25-26 manata da satırlar – MARKETLƏR, QİYMƏTLƏR, CƏDVƏL
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, «Optimal Elektronika»da alıcılara qüsurlu mallar satılıb, alıcılar onları qaytarmaq istədikdə isə bu mümkün olmayıb.
Hətta şəbəkə bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin göstərişini də yerinə yetirməyib. Bu isə «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 7-ci və 9-cu maddələrinin pozulması deməkdir.
İlk belə hal mart ayında baş verib. Şəbəkə alıcıya qüsurlu mal satıb, amma bu aşkar edildikdən sonra onu qaytarmaqdan və ya dəyişdirməkdən imtina edib - «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 7-ci maddəsi pozulub. Baş verən pozuntuya görə, marketlər şəbəkəsinə İnzibati Xətalar Məcəlləsinin 444.2 bəndi - «Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması» üzrə protokol yazılıb – 600-900 manat cərimə.
«Optimal Elektronika» şəbəkəsində növbəti belə pozuntu avqust ayında qeydə alınıb. Həmin vaxt da şəbəkə növbəti dəfə alıcıya qüsurlu mal satıb, bu aşkar edildikdən sonra onu qaytarmaqdan və ya dəyişdirməkdən imtina edib - «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 7-ci maddəsi pozulub. Baş verən pozuntuya görə, marketlər şəbəkəsinə İnzibati Xətalar Məcəlləsinin 444.2 bəndi - «Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması-» üzrə protokol yazılıb – 600-900 manat cərimə.
Məsələ bununla bitməyib – alıcının müraciətindən sonra məsələni araşdıran Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti «Optimal Elektronika»ya malların dəyişdirilməsi və geri qaytarılması ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə göstəriş verib. Amma şəbəkə bu tələbi də yerinə yetirməyib - «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 7-ci maddəsi pozulub.
Nəticədə marketlər şəbəkəsinə İnzibati Xətalar Məcəlləsinin 544.2 bəndi üzrə protokol yazılıb.
Xatırladaq ki, qanunvericiliyə əsasən həmin pozuntuya görə hüquqi şəxslər üzrə cərimə məbləği 4-6 min manat arasında dəyişir.
Xatırladaq ki, bir qədər əvvəl «Bazarstore» şəbəkəsi də eyni pozuntuya yol verdiyinə, yəni malı üstündə göstərilən qiymətdən baha satdığına görə cərimə edilmişdi