2025-ci ilin yanvar-noyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 74,3 milyard manat olmaqla 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 4,8 faiz artıb. Ümumi dəyərin 78,8 faizini pərakəndə ticarət dövriyyəsi, 17,8 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,4 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.
On bir ayda pərakəndə ticarət şəbəkəsində 59 milyard manatlıq məhsul satılıb
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,7 faiz artaraq 71,2 milyard manata bərabər olub, onun 45,6 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 659,4 manat və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 59,2 manat çox vəsait xərcləyib.











