Son günlər sosial şəbəkələrdə “OBA” marketlər şəbəkəsinin adı ilə yayılan qeyri-rəsmi kampaniya, müsabiqə və mükafat elanları müşahidə edilir.
FED.az xəbər verir ki, bu barədə OBA” marketlər şəbəkəsinin məlumatında deyilir:
"Bildiririk ki, “OBA” tərəfindən rəsmi kanallarda paylaşılmayan heç bir aksiya, lotereya və ya kampaniya şirkətimizə aid deyil.
İzləyicilərimizdən xahiş edirik:
* Şübhəli linklərə keçid etməyin,
* Rəsmi səhifələrdə yayımlanmayan məlumatlara inanmayın,
* Dolayı yolla yayılan elanlarla bağlı ehtiyatlı olun.
“OBA” Marketlər şəbəkəsi yalnız öz rəsmi platformalarında təqdim olunan məlumatlara görə məsuliyyət daşıyır və müştərilərimizin təhlükəsizliyi bizim üçün prioritetdir".




![“OBA” Marketlər şəbəkəsindən vacib - [red]AÇIQLAMA[/red] | FED.az](upload/news/small/3506985.jpeg)
![“OBA” Marketlər şəbəkəsindən vacib - [red]AÇIQLAMA[/red] | FED.az](upload/news/small/4090842.jpeg)







