“OBA” marketlər şəbəkəsinin Yeni il münasibətilə keçirdiyi “Nağıl kimi günlər” adlı lotereyanın ilk qalibləri müəyyənləşib.
FED.az xəbər verir ki, 1–7 dekabr tarixlərini əhatə edən həftənin qalibləri Azərbaycanın müxtəlif şəhər və rayonlarında yaşayan müştərilər arasından seçilib. Qaliblərin siyahısını təqdim edirik:
1 dekabr
• 100 AZN: Eldəniz Əliyev – Şəmkir
• 50 AZN: Səadət Osmanova – Bakı
• 50 AZN: Nuranə Həsənova – Bakı
2 dekabr
• 50 AZN: Şəbnəm Novruzova – Bakı
• 50 AZN: Afine Əliyeva – Tovuz
• 100 AZN: Emil Eyyub – Kürdəmir
3 dekabr
• 50 AZN: Ruslan Əhmədov – Gəncə
• 50 AZN: Günel Tağıyeva – Göygöl
• 100 AZN: Şahin Səfiyev – Tovuz
4 dekabr
• 50 AZN: Teyyub Mütəllimov – Ağcabədi
• 50 AZN: Şəbnəm Şahmanova – Bakı
• 100 AZN: Zaur Mehdiyev – Şəki
5 dekabr
• 50 AZN: Əlvan Əliyev – Bakı
• 50 AZN: Nihat Cəfərov – Bakı
• 100 AZN: Venera Salamova – Bakı
6 dekabr
• 50 AZN: Nailə Abıyeva – Salyan
• 50 AZN: Xeyrulla Hüseynov – Salyan
• 100 AZN: Çimnaz Ağayeva – Bakı
7 dekabr
• 50 AZN: Xaqani Rəhimov – Sumqayıt
• 50 AZN: Mərifət Əliyeva – Masallı
• 100 AZN: Tahirə Qasımova – Yevlax
______________
Həftəlik qalib (1–7 dekabr)
• Baba Muxtarov – iPhone 17 Pro (Bakı)
Qeyd edək ki, 1–31 dekabr tarixlərini əhatə edən “Nağıl kimi günlər” Yeni il lotereyası boyunca müştəriləri gündəlik, həftəlik və böyük final üzrə dəyərli hədiyyələr gözləyir.
“OBA” marketlər şəbəkəsi bu günə qədər keçirdiyi lotereyalarda müştərilərinə həm mənzil, həm də avtomobil hədiyyələri təqdim etməklə ölkənin ən çox qalib sevindirən pərakəndə şəbəkələrindən biri kimi tanınır. “Nağıl kimi günlər” lotereyası da həmin ənənənin davamıdır. Lotereyada iştirak etmək üçün: “OBA” marketlərindən minimum 10 AZN-lik alış-veriş etmək, kassada ödəniş zamanı OBA Plus mobil tətbiqinin QR kodunu oxutmaq kifayətdir.
Bu zaman şans avtomatik hesablanır. Əlavə olaraq, müştərilər qəbzdəki ƏDV QR kodunu və ya fiskal kodu tətbiqdaxili “Lotereya” bölməsində daxil edərək də şans əldə edə bilərlər.
Mobil tətbiqdən istifadə etməyən şəxslər isə https://lotoreya.oba.com.az ünvanında qeydiyyatdan keçərək qəbzdəki kodu skan etməklə lotereyaya qoşula bilərlər.
Lotereya ümumilikdə 8 tirajdan ibarətdir. Tirajlar aşağıdakı tarixlərdə keçiriləcək:
05.12.2025, 08.12.2025, 11.12.2025, 16.12.2025, 19.12.2025, 23.12.2025, 26.12.2025 və 07.01.2026.
Lotereya müddətində 31 şanslı müştəri 100 AZN-lik OBA bonus kartı, 62 şanslı müştəri 50 AZN-lik OBA bonus kartı, 4 şanslı müştəri iPhone 17 Pro, 1 şanslı müştəri isə Changan Qiyuan Q05 avtomobili qazanacaq.
Lotereyada yalnız 18 yaşdan yuxarı şəxslər iştirak edə bilər. Spirtli içkilər, tütün məmulatları və şans oyunları alış-veriş məbləğinə daxil edilmir. Bu məhsullar çıxıldıqdan sonra məbləğ 10 AZN və üzəridirsə, şans hesablanır.
Tirajın video görüntülərini buradan izləyə bilərsiniz:




![“OBA” marketlər şəbəkəsi “Nağıl kimi günlər” lotereyasının ilk qaliblərini açıqladı - [red]FOTO - VİDEO[/red] | FED.az](upload/news/small/3846647.jpeg)
![“OBA” marketlər şəbəkəsi “Nağıl kimi günlər” lotereyasının ilk qaliblərini açıqladı - [red]FOTO - VİDEO[/red] | FED.az](upload/news/small/1868128.jpeg)
![“OBA” marketlər şəbəkəsi “Nağıl kimi günlər” lotereyasının ilk qaliblərini açıqladı - [red]FOTO - VİDEO[/red] | FED.az](upload/news/small/3703076.jpeg)
![“OBA” marketlər şəbəkəsi “Nağıl kimi günlər” lotereyasının ilk qaliblərini açıqladı - [red]FOTO - VİDEO[/red] | FED.az](upload/news/small/3398226.jpeg)
![“OBA” marketlər şəbəkəsi “Nağıl kimi günlər” lotereyasının ilk qaliblərini açıqladı - [red]FOTO - VİDEO[/red] | FED.az](upload/news/small/1820112.png)







