2025-ci il ərzində Azərbaycandan ümumilikdə 901,5 milyon dollar (1 milyard 532,5 milyon manat) dəyərində 846 min ton təzə tərəvəz və meyvə ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömruk Komitəsinə istinadən xəbər verir ki, tərəvəz və meyvə ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 193,7 milyon dollar və ya 27,4%, miqdar ifadəsilə isə 159,7 min ton, başqa sözlə 23,3% çoxdur.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 707,8 milyon dollar (1 milyard 203,2 milyon manat) dəyərində 686,3 min ton təzə tərəvəz və meyvə ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi tərəvəz və meyvənin 1 kiloqramının orta ixrac qiyməti 1,07 dollar (1,81 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 1,03 dollar (1,75 manat) idi. Bu da illik müqayisədə 0,04 dollar (0,06 manat) və ya 3,4% bahalaşma deməkdir.











