Bu ilin ilk 10 ayında Azərbaycandan 83,5 milyon dollar həcmində 377,5 min ton metanol (metil spirti) ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 314 min dollar və ya 0,4%, miqdar ifadəsilə isə 24,4 min ton, başqa sözlə 6,1% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 83,9 milyon dollar dəyərində 402 min ton metanol ixrac olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi metanolun 1 kiloqramının orta ixrac qiyməti 38 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 36 qəpik idi. Bu da illik müqayisədə 2 qəpik və ya 5,6% bahalaşma deməkdir.
Bu il 10 ayında ümumi ixracın 0,39%-i, qeyri-neft sektoru üzrə ixracın isə 2,80%-i metanolun payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,37% və 2,99% olmuşdu.











