Bəzən market kassalarında iri pulları xırdalamaq çətinlik yaradır, bu da qalığın qaytarılmasında problemlərə səbəb olur. Kassirlər tez-tez alıcılardan xırda pulla və ya kartla ödəniş etmələrini xahiş edirlər.
Azərbaycanda iyunda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bəs bu yanaşma nə dərəcədə doğrudur?
FED.az xəbər verir ki, "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov açıqlamasında bildirib ki, bu hal istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.
“Satıcılar alıcılardan ödəniş üçün Azərbaycan manatının istənilən nominalını qəbul etməyə borcludurlar. Alıcının isə pulu xırdalayıb gətirmək kimi bir öhdəliyi yoxdur. Əks halda, bu, istehlakçı hüquqlarının pozulması sayıla bilər”. (Mətbuat.az)