Xəbər verildiyi kimi, yeni ildən etibarən ölkədə fəaliyyət göstərən mağazalarda siqaretlərin satış qiyməti artıb.
Araq və pivənin mağazalara gəliş qiyməti artıb - SATIŞ QİYMƏTLƏRİ DƏYİŞİB
FED.az biznes və maliyyə xəbərləri portlalı xəbər verir ki, mağazalarda satılan və qiyməti nisbətən ucuz olan siqaretlərin də qiyməti bahalaşıb. Siqaretlərin mağazala gəliş qiyməti bir blok üçün 3 manata yaxın bahalaşıb ki, bu da, həmin siqaretlərin satış qiymətini minimum 30 qəpikdən başlayaraq artırıb.
Mağazalara gələn və nisbətən ucuz qiymətə satılan siqaretlərin bir blok üçün (10 qutu) yeni gəliş qiyməti aşağıdakı kimi dəyişib:
“Argo Red”, “Argo Blue” siqaretləri 21,92 manatdan 24,74 manata (2,82 manat), “Argo Nano Sweet” siqaretləri 23,72 manatdan 26,54 manata (2,82 manat), “X7 Nano Aroma Mix”, “X7 Compact Silver”, “X7 Compact Aroma” siqaretləri 28,22 manatdan 31,04 manata (2,82 manat), “Black Style” siqaretləri 23,72 manatdan 26,54 manata (2,82 manat), “West Silver” siqaretləri 26,54 manatdan, 29,36 manata (2,82 manat), “İmperial Classic” və “Classic Silver” siqaretləri 25,64 manatdan 28,46 manata (1,92 manat), “Prima Blue”və “Prima Gold” siqaretləri 23,84 manatdan 26,66 manata (2,82 manat), “Bakı” siqaretləri 21,92 manatdan 24,74 manata (2,82), “Vegas Slim Sliver” siqaretləri 23,72 manatdan 26,54 manata (2,82 manat), “Magna” siqaretləri 23,72 manatdan 26,54 manata (2,82 manat) qədər bahalaşıb.
Qeyd edək ki, cari ilin 1 yanvar tarixindən etibarən alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar üzrə aksiz dərəcəsi min ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılıb.
İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynəlilən və ya buruna çəkilən tütünlər üzrə aksizin dərəcəsi hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb.
Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 15,7 milyard ədəd siqaret və siqar, 1 786 ton tütün istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə siqaret və siqar istehsalı 15,3% artıb, tütün istehsalı 56,6% azalıb. Ötən ilin 1 dekabr tarixinə ölkədə hazır siqaret və siqar ehtiyatı 1,016 milyard ədəd, tütün ehtiyatı 487 ton təşkil edib.











