2025-ci ildə Azərbaycan xaricə 170,8 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, əvəlki illə müqayisədə 44,6 milyon ABŞ dolları və ya 35,3% çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan 126,2 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.











