2025-ci ildə Azərbaycan xaricə 169,9 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, əvvəlki ilin illə müqayisədə 43,2 milyon ABŞ dolları və ya 34,1% çoxdur.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan 126,7 milyon ABŞ dolları dəyərində meşə fındıq edib.
Təkcə dekabr ayında 20,3 milyon dollarlıq meşə fındığı ixrac olunub ki, bu da illik 7,5 milyon dollar (58,6%) çoxdur.
2024-cü ilin dekabr ayında Azərbaycandan xarici ölkələrə 12,8 milyon ABŞ dolları dəyərində fındıq ixrac edilib.











