2024-cü ilin yanvar-noyabr ayında Azərbaycandan xarici ölkələrə 155 milyon 362 min dollar dəyərində 124 min 790 ton pomidor ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 14 milyon 893 min dollar və ya 10,6%, miqdar ifadəsilə 488 ton və ya 0,4% artıb.
2023-cü ilin ilk 11 ayında isə Azərbaycandan xaricə 140 milyon 469 min dollar dəyərində 124 min 302 ton pomidor ixrac olunmuşdu.
Bu ilin 10 ayının nəticələrinə görə 1 kq pomidorun orta ixrac qiyməti 2,03 manat olub ki, bu da illik müqayisə ilə 14 qəpik və ya 7,3% çoxdur. Ötən ilin eyni dövründə bu göstərici 1,89 manat idi
Bu il ümumi ixracının 0.64%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5.03%-i pomidorun payına düşüb.