“İvanovka Süd Məhsulları” MMC Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İslehlak Bazarına Nəzarət Dövlət Agentliyinə "ATENA" MMC barəsində müraciət edib. Müraciət əsasında "ATENA" MMC haqqında araşdırma aparılır.
FED.az xəbər verir ki, araşdırmanın predmeti süd və süd məhsullarının istehsalı və satışı zamanı haqsız rəqabətə yol verilməsi ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması hallarıdır.
Araşdırma davam edir.
Həmçinin “İvanovka Süd Məhsulları” MMC "Adilbərəkət" MMC, “Master Milk” MMC, Fiziki şəxs İsmayılov Tural İsmayıl oğlu, Fiziki şəxs Tapdıqov Elçin Etibar oğlu, Fiziki şəxs Vəliyev Dadaş Azadəli oğlu, Fiziki şəxs Həsənova Aytən Cavanşir qızı, Fiziki şəxs Muradov Əmralı Yalçın oğlu, Fiziki şəxs İmanverdiyev Elman Sahib oğlu, Fiziki şəxs Cümşüdova Aysel İntiqam qızı barəsində də Agentliyə müraciət edib. Onlar barəsində də müraciətlər Süd və süd məhsullarının istehsalı və satışı zamanı haqsız rəqabətə yol verilməsi ilə əlaqədardır. (Marja)