Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinə Satış, İnşaat və Əmlak Əməliyyatları üzrə direktor təyin edilib.
Bankir Dövlət Agentliyinə sədr müavini - TƏYİN EDİLDİ
FED.az xəbər verir ki, bu vəzifəyə İsrafil Məmmədov gətirilib.
O, 2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib.
2003-cü ildən peşəkar fəaliyyətinə “ANS” Şirkətlər Qrupunda başlamış, daha sonra 2010-cu ilədək həmin şirkətdə baş direktorun korporativ Nəzarət üzrə müavini olaraq çalışmışdır. 2011-ci ildə “Veysəloğlu” Şirkətlər Qrupunda satış nümayəndəsi kimi çalışan İsrafil Məmmədov, 2012-ci ildən “Atropatena” QSC-də satış müdiri kimi fəaliyyətinə davam etdirmişdir. Elə həmin il “Səbət-Fresco” mağazalar şəbəkəsində bölgə müdiri vəzifəsini icra etmişdir.
2015-ci ildən “Araz” Supermarketlər Şəbəkəsində mağaza müdiri vəzifəsində çalışmağa başlayan İsrafil Məmmədov, 2020-ci ildə Satış department müdiri vəzifəsində fəaliyyət göstərmiş, daha sonra Açılış və İnşaat departament müdiri vəzifəsinə təyin edilmişdir. 2024-cü ilin fevral ayında İnşaat və Əmlak direktoru, həmin ilin may ayında isə İdarə Heyətinin üzvü, Satış, İnşaat və Əmlak Əməliyyatları üzrə direktoru vəzifəsinə təyin olunub. (Banker.az)