İqtisadiyyat Nazirliyi alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətləri müəyyən edəcək
FED.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 29-1-ci maddə əlavə edilsin:
“Maddə 29-1. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması
29-1.1. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilir.
29-1.2. Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (Nazirlər Kabineti) tərəfindən təsdiq olunur.
29-1.3. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır".
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 105-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına görə, həmin Qanunun 29-1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, həmin Qanunun 29-1.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti - İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-1.2-ci maddəsinə uyğun olaraq, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və digər məsələləri həll etməlidir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-1.1-ci maddəsinə uyğun olaraq, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiyməti bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan normativ hüquqi akt təsdiq edildikdən sonra üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.