2026-cı ilin ilk 3 ayında Azərbaycanda 15.9 milyard manatlıq alış-veriş edilib. Bu, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3.7 faiz artım deməkdir.
Əhalinin xərclərinin yarıdan çoxu - ƏRZAĞA SƏRF OLUNUR – YENİ RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, insanlar pulunun çoxunu, daha dəqiq desək, 55 faizini ərzağa xərcləyir.
İqtisadçı-ekspert Elşad Məmmədli deyir ki, iki istiqamətdə xərcləmələrdə kəskin artımlar müşahidə edilib. İstehlak kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarında 32.6, əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə isə 25.4 faiz artıb.
Əhali ötən il əczaçılıq məhsullarına 1,6 milyarddan çox pul xərcləyib.
Dərman preparatlarının istehlakında artımlar tələblə yanaşı, qiymətin də yüksəlməsi ilə əlaqədardır.














